"Lill"in oyunu təxirə salındı
Fransa Liqa 1-inin 20-ci turunun “Lill” – “Loryan” matçı təxirə salınıb.
Sportline.az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb. Xəbərdə hər iki komandanın heyətində koronavirusa yoluxan oyunçular olduğuna görə qarşılaşmanın təxirə salındığı bildirilib.
Qeyd edək ki, sözügedən qarşılaşma yanvarın 8-də keçirilməli idi.