"Lion" Gürcüstan millisinin oyunçunu heyətinə qatıb
"Olimpik Lion" Avro 2024-dəki performansı ilə diqqətləri üzərinə çəkən Jorj Mikautadzeni transfer edib.
Sportline.az Sport.ru-ya istinadla xəbər verir ki, 23 yaşlı futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalanıb.
"Lion" bu transfer müqabilində "Metz" klubuna 18 milyon avro ödəyib.
Mikautadze ötən mövsümü "Ayaks"dan icarə əsasında "Metz"də keçirib. Daha sonra Fransa klubu 13 milyon avro qarşılığında oyunçunu heyətinə qatıb.
Qeyd edək ki, gürcüstanlı hücumçu ötən mövsüm Liqa 1-də 20 oyuna 13 qol vurub.AVRO 2024-də 4 oyunda aktivinə 3 qol və 1 asist yazdırıb.