"Lion" heyətini gücləndirdi

“Lion” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi “Hamburq”un qapıçısı Yulian Pollersbeki transfer edib. 26 yaşlı alman qolkiperlə 4 illik müqavilə imzalanıb.

 
“Lion” bu keçidə görə Bundesliqa klubuna 250 min avro ödəyəcək.
 
Qeyd edək ki, Pollersbek 2017-ci ildən “Hamburq”da çıxış edirdi.