"Lion" qələbə ilə başladı

Fransa çempionatının 2-ci turuna “Lion” – “Dijon” matçı ilə start verilib.

Sportline.az xəbər verri ki, oyuna daha yaxşı başlayan qonaqlar hesabı açıblar. Orelien Şaydler 14-cü dəqiqədə fərqlənib.

Ruhdan düşməyən meydan sahibləri fasiləyədək önə keçməyi bacarıblar. Penaltini dəqiq yerinə yetirən Memfis Depay tarazlığı bərpa edib. Çox keçmədən “Dijon”un heyətindən Uesli Lautoa avtoqol müəllifi olub. Fasilə ərəfəsində Depay dubl edib: 3-1. İkinci yarıda da hücumlarını davam etdirən “Lion” 66-cı dəqiqədə yenidən penalti imkanı qazanıb. Bu dəfə də dəqiq olan Depay het-trik edib.

4:1 hesabı ilə qalib gələn “Lion” mövsümə qələbə ilə başlayıb.