"Lion"dan "Fənərbağça"ya

“Fənərbağça” “Lion”un 30 yaşlı hücumçusu üçün rəsmi təklif göndərib.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Türkiyə nəhəngi Karl Toko Ekambi üçün Fransa klubu ilə razılıq əldə edib.

Ekambinin “Lion”un təlim məşq toplanışlarına qatılmadığı və trasnferin reallaşmasını gözlədiyi bildirilir.

Qeyd edək ki, Ekambi ötən mövsüm icarə əsasında çıxış etdiyi “Renn”də çıxdığı 36 oyunda 7 qol və 4 asist müəllifi olub.