“Lion”dan İstanbul nəhənginə
“Fənərbağça” “Lion”un futbolçusu Karl Toko Ekambini transfer etməyə hazırlaşır.
Sporltine.az fotomaç.com.tr-yə istinadla xəbər verir ki, o, yaxın günlərdə İstanbula gələcək.
Klubların kamerunlu futbolçunun keçidi ilə bağlı razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, Ekambi bu mövsüm “Lion” forması ilə çıxdığı 38 oyunda 9 qol və 4 asist ilə yadda qalıb.