Lionel Messi PSJ-də qalır?

Argentina millisinin futbolçusu Lionel Messi Fransa klubu PSJ ilə yeni müqavilə imzalamağa yaxındır.

Sportline.az “Cadena SER”ə istinadən xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatının ardından hücumçu Paris təmsilçisi ilə yeni sazişin şərtlərini müzakirə edəcək.

35 yaşlı oyunçu əvvəlcə sabiq komandası olan İspaniya “Barselona”sına qayıtmaq variantını nəzərdən keçirib. Lakin kataloniyalıların maddi durumu bu transferi mümkünsüzə çevirib. ABŞ klublarından sərfəli təkliflər alan Messi hələ də yüksək səviyyədə oynamaq gücündə olduğunu düşündüyü üçün PSJ-də qalmağı üstün tutur.

Qeyd edək ki, PSJ ilə müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Lionel Messi bu mövsüm Fransa çempionatında keçirdiyi 13 oyunda 7 qol vurub, 10 məhsuldar ötürmə verib.