"Liverpul" 100 milyon avro ödəməyə hazırdır - Salahın yerinə gələcək
"Liverpul" Salahın yerinə Maykl Oliseni transfer etməyi hədəfləyir.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Mersisayd təmsilçisi Olise üçün "Bavariya"ya 100 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Münhen klubu fransalı sağ cinah vingerini satmaq istəmir.