"Liverpul" 132 yaşında
Bu gün İngilətərənin ən köklü klublarında "Liverpul"un 132 yaşı tamam olur.
Sportline.az xəbər verir ki, 1892-ci ildə yaranan Mersisayd klubu İngiltərədə "Mançester Yunayted"dən sonra ən çox çempionluq yaşayan ikinci komandadır (19).
İlk çempionluğunu 1900-1901 mövsümündə qazanan "qırmızılar", son çempionluğunu isə 30 illik aradan sonra 2019-2020 mövsümündə alman məşqçi Yurqen Kloppun rəhbərliyi altında qazanıb.
Qeyd edək ki, Avropada da böyük nailliyətləri olan "Liverpul" 6 dəfə Çempionlar Liqasının qalibi olub.