“Liverpul” 17 yaşlı oyunçu ilə maraqlanır

“Liverpul” “Qremio”nun futbolçusu Qabriel Meki heyətinə qatmaq niyyətindədir.

Sportline.az jurnalist Nikolo Şıkiranın məlumatına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi bu keçid üçün qarşı tərəfə 10 milyon avro ödəməyə hazırdır.

Brazilya U-17 millisinin üzvü bu mövsüm meydana çıxdığı 15 matçda 3 qolla yadda qalıb.

Qeyd edək ki, Q.Mekinin klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.