“Liverpul” almaniyalı stopperi transfer etməyi planlaşdırır

“Liverpul” “Borussiya Dortmund”un mərkəz müdafiəçisi Niko Şlotterberqi transfer etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda “Team Talk” nəşri məlumat yayıb.

26 yaşlı stopperi transfer qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, N.Şlotterberq cari mövsüm meydana çıxdığı 15 matçda 1 qol, 2 asistlə yadda qalıb.