"Liverpul" "Barsa"dan 175 milyon tələb edir
"Barselona" Filipe Koutinyonu transfer etməkdə israrlıdır.
SportLine.az xəbər verir ki, kataloniya təmsilçisi futbolçunun məxsus olduğu "Liverpul" klubuna 160 milyon avroluq növbəti təklif ünvanlayıb. "Times"ın məlumatına görə, "mersisaydlılar" bu dəfə də təklifi rədd edib. Premyer Liqa təmsilçisi F.Koutinyonun keçidi üçün 175 milyon avro məbləğində təzminat ödənilməsini istəyir.
"Marca" 25 yaşlı futbolçunu heyətində görmək istəyən "Barsa" rəhbərliyinin yaxın günlərdə yeni təklifə hazırlaşdığını yazıb.
Qeyd edək ki, "Arsenal" və "Mançester Yunayted"in də F.Koutinyonu transfer etmək niyyətində olduğu bildirilir.