“Liverpul” “Bavariya”dan futbolçu alır

"Bavariya"nın mərkəz müdafiəçisi Dayo Upamekano gələn ilin yayında azad agent kimi "Liverpul"a keçə bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Kristian Folk məlumat yayıb.

Mersisayd təmsilçisi yanvar ayında futbolçunun meneceri ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Konatedə azad agent kimi "Real Madrid"ə keçəcək.