“Liverpul” bu futbolçuya görə 120 milyon avro ödəməyə hazırdır
“Liverpul” yay transfer pəncərəsi dönəmində heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az “Give Me Sport”a istinadən xəbər verir ki, Mersisayd klubu “Nyukasl Yunayted”in isveçli futbolçusu Aleksander İsakı heyətinə qatmaq istəyir.
“Liverpul” İsak üçün qarşı tərəfə 120 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 31 oyunda 22 qol və 5 asistlə yadda qalıb.