"Liverpul" "Çelsi"nin işini əngəllədi

"Brayton"un yarımmüdafiəçisi Moyses Kaysedonun "Çelsi"yə keçidi alınmayacaq.

Sportline.az The Telegraph nəşrinə istinadla xəbər verir ki, keçidə "Liverpul" mane olub.

Mənbənin məlumatına görə, mersisaydlılar futbolçu üçün daha sərfəli təklif irəli sürüblər.

Kaysedodan əli üzülən "zadəganlar" indi də "Sauthempton"un yarımmüdafiəçisi Romeo Lavianın ovuna çıxıblar.