"Liverpul" daha bir futbolçu ilə danışıqlara başladı
Filipe Koutinyonu "Barselona"ya satan "Liverpul" daha bir futbolçu ilə danışıqlara başlayıb.
SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, "mersisaydlılar" "Monako"nun gənc ulduzu Tomas Lemara elçi düşüb. Premyer Liqa klubunun 22 yaşlı futbolçu üçün yaxın günlərdə rəsmi təklif ünvanlayacağı gözlənilir.
Qeyd edək ki, "Lester"in üzvü Riyad Mahrez də "Liverpul"un hədəfindədir.