"Liverpul" "Fulhem"ə elçi düşüb

"Liverpul" "Fulhem"in amerikalı futbolçusu Antonee Robinson üçün rəsmi təklif göndərib.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu bu keçid üçün qarşı tərəfə 29 milyon avro ödəməyə hazırdır.

Robinsonun "Fulhem"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, 27 yaşlı futbolçu ilə "Çelsi"də yaxından maraqlanır.

O bu mövsüm çıxış etdiyi 28 matçda 10 asistlə yadda qalıb.