"Liverpul" İsak üçün hərəkətə keçib
"Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak karyerasını "Liverpul"da davam etdirə bilər.
Sportline.az "Times Sport"a istinadən xəbər verir ki, Mersisayd klubu İsak üçün "Nyukasl"a 80 milyon avro ödəməyə hazırdır.
Lakin "Nyukasl"ın rəhbərliyi 25 yaşlı futbolçu üçün ən azı 100 milyon avro tələb edir.
Qeyd edək ki, İsak cari mövsüm çıxış etdiyi 30 oyunda 21 qol və 5 məhsuldar ötürmə müəllifi olub.