"Liverpul" oynadı, 9 qol vuruldu

İngiltərə Liqa Kubokunun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, səfərdə açağı liqa təmsilçisi "Linkoln"a 7:2 hesabı ilə qalib gələn "Liverpul" növbəti mərhələyə yüksəlib. Yurgen Kloppun komandası matça ikinci heyətlə çıxıb.

"Linkoln" - "Liverpul" - 2:7
Qollar:
 Tayo İdun, 60, Lüis Montsma, 66 - Xerdan Şakiri, 9, Takumi Minamino, 18, 46, Kurtis Cons, 32, 36, Marko Qruyiç, 65, Divok Oriji, 89