"Liverpul" qələbə ilə bitirdi

İngiltərə Premyer Liqasında mövsümə yekun vurulub.

Sportline.az xəbər verir ki, 38-ci turda çempion "Liverpul" səfərdə "Nyukasl"a 3:1 hesabı ilə qalib gəlib.

"Qırmızılar" mövsümü 99 xalla bitirib. "Sağasağanlar" isə 44 xalla 13-cü olub.

"Nyukasl" - "Liverpul" - 1:3

Qollar: Duayt Qeyl, 1 - Vircil van Deyk, 38, Divok Orici, 59, Sadio Mane, 89