“Liverpul” qol vurmadan “Lester”i yenib

İngiltərə Premyer Liqasının XVIII turunun matçında “Liverpul” öz meydanında “Lester”ə 2:1 hesabla qalib gəlib.

Sportline.az xəbər verir ki, oyun Liverpul şəhərinin “Enfild” stadionunda baş tutub.

43 yaşlı hakim Kreyq Pousonun idarə etdiyi matçda hesabı qonaqlar açıb. Oyunun 4-cü dəqiqəsində Kiran Dyusberi Holl Patson Dakanın ötürməsini qola çevirib. Bununla belə, birinci hissənin sonlarına doğru Mersisayd təmsilçisi 2 avtoqol sayəsində rəqibi üstələyə bilib. Belə ki, matçın 38 və 45-ci dəqiqələrində belçikalı futbolçu Vaut Fas öz qapısına qol vuraraq hesabı 2:1 “qırmızılar”ın xeyrinə edib.

Beləliklə, 16 oyundan sonra “Liverpul” 28 xalla 6-cı pillədə qərarlaşıb. Onu 5-ci pillədə yer almış və 15 oyun keçirmiş əzəli rəqibi “Mançester Yunayted”dən 1 xal ayırır. “Lester” isə 17 oyundan sonra 17 xal toplaya bilib və 13-cü pillədə qərarlaşıb. Komanda faktiki olaraq çempionatda qalmaq uğrunda mübarizə aparır.