"Liverpul" "Real Sosyedad"ın futbolçusunu istəyir

"Liverpul" heyəti daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, söhbət "Real Sosyedad"ın 22 yaşlı vingeri Takefusa Kubodan gedir.

Bu haqda Relevo nəşri məlumat yayıb.

Mersisaydlılar futbolçunu bu qış transfer etmək istəsələr də, Kubo mövsümü İspaniyada başa vurmaqda israrlıdır.

Buna görə, "Liverpul" transferi yaya qədər təxirə salmalı olub.

Qeyd edək ki, yaponiyalı futbolçu bu mövsüm meydana çıxdığı 25 oyunda 6 qol və 4 asist müəllifidir.

Onun transfer dəyəri 60 milyon avrodur.