"Liverpul" Salahla bağlı qərar verdi

"Liverpul" ulduz futbolçusu Məhəmməd Salahla bağlı qərar verib.

Sportline.az xəbər verir ki, mersisaydlılar onu heyətdə saxlamaqda israrlıdırlar.

"Football Insider"in məlumatına görə, liverpullular Salahla yanaşı Vircil van Deyklə də yola davam edəcəklər. 

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə hər iki futbolçunun Yurgen Klopun gedişindən sonra klubla vidalaşmaq niyyətində olduğu bildirilirdi. 

Onların 2025-ci ilədək "Liverpul"la müqaviləsi var.