“Liverpul” və “İnter” yarışa girib
“Liverpul” və “İnter” Dortmundun “Borussiya” klubunun sol cinah müdafiəçisi Daniel Svensson ilə ən çox maraqlanan klublardır.
Sportline.az xəbər verir ki, bundan başqa, “Arsenal”, “Lids Yunayted”, “Milan” və “Atalanta” da 24 yaşlı futbolçunu izləyir.
"Borussiya” Svenssonu komandada saxlamaq istəyir, lakin 40–45 milyon avro məbləğində təklifləri nəzərdən keçirməyə hazırdır.
Qeyd edək ki, isveçli müdafiəçi özünü İngiltərə Premyer Liqasında sınamaq istəyir.