"Liverpul" və "Mançester Siti" transfer yarışına girib
"Liverpul" və "Mançester Siti" italiya futbolçu üçün transfer yarışına girib.
Sportline.az "La Stampa" nəşrinə istinadən xəbər verir ki, "Torino"nun futbolçusu Samuele Riççi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
23 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 28 milyon avrodur.
Qeyd edək ki, S.Riççinin "Torino" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.