"Liverpul" və "Tottenhem" yarışa girib

"Leipziq"in afrikalı futbolçusu Yan Diomande İngiltərə klublarının maraq dairəsindədir.

Sportline.az jurnalist Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, 19 yaşlı sol cinah vingerini "Liverpul" və "Tottenhem" transfer etmək istəyir.

Almaniya klubu gənc oyunçusu üçün təxminən 30 milyon avro tələb edəcək.

Qeyd edək ki, Diomande bu mövsüm meydana çıxdığı 14 matçda 4 qol, 4 məhsuldar ötürmə müəllifi olub.