"Liverpul" xüsusi penalti hazırlığı keçir

"Liverpul" İngiltərə Liqa Kubokunun final matçına xüsusi hazırlıq keçir.

Sportline.az xəbər verir ki, mersisaydlılar neyrobioloqların köməyi ilə penalti seriyasına hazırlaşırlar.

Bu haqda "The Athletic" məlumat yayıb.

Klub rəhbərliyi mümkün penalti seriyasından qalib ayrılmaq üçün almaniyalı mütəxəssislərə müraciət ediblər. 

Niklas Hauslerlə Patrik Hançke futbolçuların başına elektrodlar bərkidərək onların beyin aktivliyinə və psixoloji vəziyyətlərinə nəzarət etməklə üstünlük qazandırmağa çalışırlar.

Qeyd edək ki, "Liverpul" finalda "Çelsi" ilə qarşılaşacaq.