"Liverpul" yaponiyalı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır

Takefusa Kubo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Liverpul" klubu onu heyətinə qatmağı planlaşdırır.

AS nəşrinin yaydğı məlumata görə, liverpullular "Real Sosyedad"ın tələb etdiyi 60 milyon avronu ödəməyə hazırdırlar.

İngiltərə klubunun 23 yaşlı futbolçu ilə artıq şəxsi razılaşmaya gəldiyi bildirilir.

Qeyd edək ki, son mövsümdə 41 oyunda iştirak edən Kubo 7 qol, 5 məhsuldar ötürmə müəllifi olub.