"Liverpul" yeni baş məşqçisi ilə çıxdığı ilk oyunda qələbə qazandı

"Liverpul" klubu baş məşqçi Arne Slotun rəhbərliyi altında ilk oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Mersisayd klubu Pensilvaniya Ştatında (ABŞ) "Real Betis"lə yoldaşlıq oyununda qarşılaşıb.

Görüş 1-0 hesabı ilə yekunlaşıb.Matçdakı yeganə qolun müəllifi Dominik Sobozlai olub.

Qeyd edək ki, "Liverpul" növbəti yoldaşlıq oyununu "Arsenal"a qarşı keçirəcək. Filadelfiyada baş tutacaq görüş avqustun 1-də oynanılacaq.