"Liverpul"da ciddi itki

"Liverpul" komandası ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, müdafiəçi Trent Aleksander Arnold bir neçə həftə yoldaşlarına kömək edə bilməyəcək.

O, İngiltərə Kubokunun "Arsenal"la oyununda (0-2) dizindən zədələnib.

Həkimərin müayinəsi xəsarətin ciddi olduğunu üzə çıxarıb.

Artıq müalicəyə başlayan futbolçunun tezliklə sıraya qayıdacağına ümid bəslənilir.