"Liverpul"da yeni müqavilə

"Liverpul" Trent Aleksandr-Arnoldla müqaviləni yeniləyəcək.

Sportline.az Football Insider nəşrinə istinadla xəbər verir ki, cinah müdafiəçisi yeni anlaşmaya əsasən həftəsinə 230 min avro qazanacaq.

Trent "Liverpul" akademiyasının yetirməsidir.

Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin iyununadəkdir.