"Liverpul"da yeni oyunçu

"Liverpul"da yeni müqavilə qeydə alınıb.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, mersisaydlılar Kurtis Cons ilə 2025-ci il iyunun 30-dək sözləşmə imzalayıb.

İngilis futbolçu "qırmızılar"ın yetirməsidir. 19 yaşlı yarımmüdafiəçi bu mövsüm əsas komandada 8 oyun keçirib, 1 assist edib.