"Liverpul"dan 100 milyon avroluq transfer
"Liverpul" heyətini afrikalı futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, "Leipziq"in oyunçusu Yan Diomande Mersisayd kıubunun əsas transfer hədəfinə çevrilib.
19 yaşlı sol cinah vingerinin sərbəst qalma məbləği 100 milyon avrodur.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 16 matçda 7 qol, 4 asistlə yadda qalıb.