"Liverpul"dan "Bundesliqa" təmsilçisinə 28 milyon avro
İngiltərənin "Liverpul" futbol klubu "Borussiya Münhenqladbax"ın yarımmüdafiəçisi Qranit Cakanı heyətinə qatmaq niyyətindədir. SportLine.az "Daily Mirror"a istinadən xəbər verir ki, "Premyer Liqa" təmsilçisi futbolçunun transferi üçün 28 milyon avrosundan keçməyə hazırdır. "Mersisaydlılar"ın qış transfer pəncərəsində "Bundesliqa" klubuna rəsmi təklif ünvanlayacağı gözlənilir.
Qeyd edək ki, "Arsenal" da 23 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.