"Liverpul"dan inamlı qələbə
"Liverpul" Premyer Liqanın 10-cu turunun matçında evdə "Nottingem Forest"i darmadağın edib - 3:0.
Sportline.az xəbər verir ki, mersisaydlılar Dioqo Jota (31-ci dəqiqə), Darvin Nunes (35-ci dəqiqə) və Məhəmməd Salahın (77-ci dəqiqə) qolları sayəsində qələbə qazanıblar.
Paralel görüşdə "Aston Villa" doğma meydanda "Luton Taun"a qalib gəlib - 3:1. Unai Emerinin komandasının qollarını Ceyms MakQin (17-ci dəqiqə) və Mussa Diabi (49-cu dəqiqə) vurub. Digər qolu isə Tom Lokyer (62-ci) öz qapısına göndərdi. Emiliano Martinez (83-cü) "Aston Villa" ilə görüşdə avtoqol müəllifi olub.
Digər görüşdə "Brayton" doğma meydanda "Fulhem"lə heç-heçə edib - 1:1. Evan Ferqyusonun qoluna (26-cı dəqiqə) João Pahlinha (65-ci dəqiqə) cavab verib.