"Liverpul"dan transfer bombası
"Liverpul" yayda heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, əsas hədəf "Bavariya"nın ulduzu Maykl Olisedir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Olisenin transfer qiyməti 170 milyon avrodur.
O, Münhen klubuna 2024-cü ilin yayında "Kristal Pelas"dan 53 milyon avro qarşılığında transfer olunmuşdu.
Fransa millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 51 matçda 22 qol, 30 asistlə yadda qalıb.