"Liverpul"dan yeni həmlə

"Liverpul" "Bornmut"un futbolçusu Miloş Kerkezlə maraqlanır.  

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu 21 yaşlı sol cinah müdafiəçisini artıq transfer hədəfləri arasına daxil edib.

Macarıstan millisinin oyunçusu isə yayda klubunu tərk etməyi planlaşdırır.

O, növbəti mövsümdə uğurlu çıxış etdikdən sonra daha nüfuzlu komandaya keçmək niyyətindədir.  

Qeyd edək ki, Miloş Kerkez cari mövsümdə "Bornmut"un heyətində 30 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.