"Liverpul"un 1 nömrəli hədəfi - Transfer qiyməti 200 milyon avrodur
"Liverpul" yayda Salahın yerinə Maykl Oliseni transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Fransa millisinin transfer qiyməti 200 milyon avrodur. Lakin "Bavariya" 24 yaşlı sağ cinah vingerini satmaq niyyətində deyil
Qeyd edək ki, Maykl Olise bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 17 qol, 29 asistlə yadda qalıb.