"Liverpul"un baş məşqçi postuna namizədlər
2015/2016-cı il mövsümündən “Liverpul”a rəhbərlik edən və böyük uğurlar qazanan Yurgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqladıqdan sonra onun yerinə namizədlər müzakirə olunmaqdadır.
Sportline.az xəbər verir ki, Klopun əvəzləyicisi kimi əsasən 3 mütəxəssisn adı çıkilir.
1. Xabi Alonso
Mersisaydlıların ilk hədəfi Xabi Alonsodur. Futbolçu kimi də “Liverpul”da çıxış etmiş 42 yaşlı mütəxəssis hazırda “Bayer Leverkuzen” ilə Bundesliqada liderlik mövqeyində qərarlaşıb.
2. Roberto De Zerbi.
“Brayton”u çalışdıran italyan baş məşqçi oynatdığı futbol ilə böyük klubların "radarına düşüb". "Liverpul" da bu komandalar arasındadır.
3.Ange Postekoğlu.
Mövsümün əvvəlində “Totenhem”i təhvil alan və inamlı oyun nümayiş etdirən Ange Postekoğlu ardıcıl olaraq Premyer liqada ayın ən yaxşı baş məşqçisi seçilib. Futbolçulardan yüksək performans alan avstraliyalı mütəxəssis “Liverpul” rəhbərliyinin diqqət etdiyi adlardandır.