"Liverpul"un futbolçusu "Fənərbağça"da

“Fənərbağça” uruqvaylı futbolçu Fabrisio Dias ilə şəxsi razılıq əldə edib.

Sportline.az fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Uruqvayın “Liverpul” klubunda oynayan futbolçu karyerasını Türkiyədə davam etdirəcək.

“Fənərbağça” Fabrisio Dias üçün “Liverpul”a  6 milyon avro ödəyəcək.

Qeyd edək ki, Fabrisio Dias 2019-cu ildən “Liverpul” forması ilə çıxdığı 121 oyunda 5 qol və 7 asist ilə yadda qalıb.