“Liverpul”un futbolçusu özunə cangüdən və dedektiv tutub

“Liverpul”un sağ cinah müdafiəçisi Aleksandr Arnold onu izləyən əxlaqsız qadına görə cəngüdən və dedektiv işə götürüb.

Sporline.az "The Sun"a istinadla xəbər verir ki, İngiltərə millisinin oyunçusu 1 ildən çoxdur onu izləyən əxlaqsı qadından qorunmaq üçün addımlar atıb. Xəbərdə bildirilir ki, Aleksandr Arnold artıq mobil telefon nömrəsini dəyişməli, evində təhlükəsizlik kamerası və siqnalizasiya quraşdırmalı olub. Futbolçunun ünvanına nalayiq məktublar göndərən qadının “Liverpul”un məşq bazasında və Arnoldun getdiyi restoranlarda da görüldüyü qeyd edilir.

Qeyd edək ki, Aleksandr Arnoldun “Liverpul”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.