"Liverpul"un gözü "Leipziq"in futbolçusuna düşüb
"Liverpul" yayda Mohamed Salahla yollarını ayırmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, Mersisayd klubu misirli futbolçunun yerinə "Leipziq"dən Yan Diomandeni transfer etmək istəyir.
Bu haqda "Daily Express" nəşri məlumat yayıb.
Qeyd edək ki, 19 yaşlı sol cinah vingeri bu mövsüm meydana çıxdığı 15 matçda 7 qol, 4 asistlə yadda qalıb.