"Liverpul"un gözü "Real"ın ulduzuna düşüb

"Liverpul" "Real Madrid"in brazilyalı ulduz futbolçusu Rodriqonu heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu mövsümün sonunda Rodriqo üçün "Real"a rəsmi təklif göndərəcək.

24 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rodriqo bu mövsüm çıxış etdiyi 44 matçda 13 qol və 9 məhsuldar ötürmə müəllifi olub.