"Liverpul"un ulduzu "Real"a transfer ola bilər
"Liverpul"un macarıstanlı futbolçusu Dominik Sobozlayi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" Sobozlayinin xidmətində maraqlıdır. İspaniya klubunun rəhbərliyi mövsümün sonunda 24 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.
"Real" oyunçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, D.Sobozlayinin "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Sobozlayinin dəyəri "Transfermarkt" portalına görə 75 milyon avro olaraq qiymətləndirilir.