"Liverpul"un yarımmüdafiəçisi karyerasını İtaliyada davam etdirə bilər

"Liverpul"un yarımmüdafiəçisi Mamadu Sako qışda İngiltərəni tərk etməyə hazırlaşır. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, futbolçu karyerasını A Seriyasında davam etdirməyə yaxındır. Onun xidmətində "Milan" və "İnter" maraqlıdır. Sako da İtaliyaya köçmək niyyətindədir.

Sakonu heyətinə qatmaq istəyən digər klub isə "Marsel"dir.

Qeyd edək ki, baş məşqçi Yurgen Kloppla mövsümöncəsi problem yaşayan Sako bu mövsüm “Liverpul”un heyətində meydana çıxmayıb.