"Liverpul"un yeni transferi

"Liverpul" daha bir futbolçunun transferini rəsmiləşdirib.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, "mersisaydləlar" "Ştutqart"dan yarımmüdafiəçi Vataru Endonu heyətə qatıblar.

30 yaşlı yaponiyalı yeni komandasında 3 nömrəli formanı geyinəcək.

"Liverpul"un bu futbolçu üçün 19 milyon avro ödədiyi bildirilir.