Millinin görüşü üçün zaman və məkan müəyyənləşib

Azərbaycan 21 yaşadək millisinin Avropa çempionatının seçmə mərhələsində Lixtenşteyn komandası ilə keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

Sportline.az xəbər verir ki, qarşılaşma iyunun 6-da Eşen şəhərindəki "Sportpark Eşen-Mauren" stadionunda keçiriləcək. 

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan komandası Lixtenşteynlə yanaşı Fransa, Slovakiya, İsveçrə və Gürcüstanla birlikdə 2-ci qrupda mübarizə aparacaq.