"Lokomotiv" Meksika millisinin oyunçusunu transfer edib

Meksikalı mərkəz müdafiəçisi Sesar Montes "Lokolomotiv"ə (Moskva) transfer olunub.

Sportline.az Spoert24.ru-ya istinadla xəbər verir ki, "Almeriya"dan heyətə cəlb edilən 27 yaşlı futbolçu ilə 2029-ilə qədər müqavilə imzalanıb.

"Lokomotiv" bu transfer üçün İspaniya klubuna 6 milyon avro ödəyəcək.

Təcrübəli futbolçu ötən mövsüm La Liqada 22 oyunda iştirak edib.

Qeyd edək ki, Montes Meksika millisi ilə keçirdiyi 48 oyunda 1 qol vurub.