Luçesku Kiyevi tərk etdi
"Dinamo"nun (Kiyev) baş məşqçisi Mirça Luçesku Kiyevi tərk edib.
Sportline.az Ukrayna mətbuatına istinadən xəbər verir klub rəhbərliyi rumıniyalı mütəxəssisin paytaxtdan ayrılmasını tövsiyə edib. Luçesku bu görüşmənin ardından şəxsi avtomobili ilə Kiyevi tərk edib.
Qeyd edək ki, 76 yaşlı mütəxəssis daha əvvəl Kiyevdən getməyəcəyini açıqlamışdı.
Xatırladaq ki, Ukrayna Premyer Liqası ölkədə hərbi vəziyyətin tətbiqi ilə əlaqədar dayandırılıb.