Luçesku Türkiyə millisində

Türkiyə millisinin yeni baş məşqçisi müəyyənləşib. SportLine.az xəbər verir ki, Fatih Terimin istefasından sonra boş qalan vəzifəyə Mirça Luçesku gətirilib. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə rumıniyalı mütəxəssislə 2+1 illik razılığa gəlindiyi qeyd olunub.

M.Luçeskunun sabah ictimaiyyətə təqdim olunacağı gölzənilir.